Bank Of Baku

Mərkəzi Bankın rəhbərliyinə ödəmələr ötən il 2,5 mln. manatı ötüb

Mərkəzi Bankın rəhbərliyinə ödəmələr ötən il 2,5 mln. manatı ötüb
# 03 iyul 2023 16:57 (UTC +04:00)

Azərbaycan Mərkəzi Bankının (AMB) rəhbərliyinə ötən il ümumilikdə 2 milyon 552 min manat həcmində ödəniş verilib.

"APA-Economics" bu barədə AMB-nin illik audit hesabatına istinadən xəbər verir. Bu isə 2021-ci ilə nisbətən 1 milyon 128 min manat və ya 79% çoxdur.

Belə ki, Mərkəzi Bankın İdarə Heyətinə 2021-ci ildə 1 milyon 424 min manat əməkhaqqı və sosial fondlara ayırmalar edilib.

AMB-nin İdarə Heyətinə ötən il ərzində 2 milyon 63 min manat əmək haqqı verilib ki, bu da 2021-ci illə müqayisədə 80% çoxdur. Bu rəqəm 2021-ci ildə 1 mln. 146 min manat təşkil edib. Ödəmələrin 489 min manatını isə sosial fondlara ayırmalar təşkil edib ki, bu da əvvəlki ilə nisbətən 75,9% çoxdur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR