Bank Of Baku

"Muğan Bank"da 106 mln. manat depozitin taleyi qeyri-müəyyəndir - Təhlil

"Muğan Bank"da 106 mln. manat depozitin taleyi qeyri-müəyyəndir - Təhlil
# 19 oktyabr 2023 11:18 (UTC +04:00)

Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin 18 oktyabr 2023-cü il tarixli Qərarı ilə məcmu kapitalının miqdarının banklar üçün müəyyən edilmiş minimum miqdarından az olduğuna, məcmu kapitalının adekvatlıq əmsalının 3 faizdən az olmasına, cari fəaliyyətini etibarlı və prudensial qaydada həyata keçirmədiyinə, habelə bankın daxili idarəetmə və nəzarət prosedurları adekvat olmadığına görə “Muğan Bank” ASC-nin lisenziyası 19 oktyabr 2023-cü il tarixindən etibarən ləğv edilib.

"APA-Economics"in məlumatına görə, cari ilin oktyabr ayının 1-nə "Muğan Bank" ASC-nin depozit portfelinin həcmi 322 milyon 478 min manat təşkil edib. AMB isə qeyd edib ki, cari ilin III rübünün sonuna Bank üzrə sığortalanmış (kompensasiya olunan) əmanətlər 216,7 mln. manat təşkil edib. Bankın əmanətçilərinin say etibarı ilə 99,9%-nin əmanətləri kompensasiya olunacaq. Bu isə o deməkdir ki, bu dövrdə bankın sığortalanmayan müştəri depozitlərinin həcmi 105 milyon 778 min manat təşkil edib.

Burada əsas diqqətə alınmalı məqam bankın Mərkəzi Bank və digər dövlət fondları qarşısındakı 168 milyon 434 min manat olan öhdəlikləridir ki, ilk olaraq bu öhdəliklər ödənməlidir. Digər məsələ isə "Muğan Bank"ın 500 milyon öhdəliyinə qarşı, likvid pul vəsaitlərinin cəmi 29.9 milyon manat olmasıdır. Belə ki, 2023-cü ilin yanvar ayının 1-nə bankın pul vəsaitləri və pul vəsaitlərinin ekvivalentləri 169 milyon 608 min manat təşkil edibsə, cari ilin oktyabr ayının 1-nə bu rəqəm 29 milyon 921 min manata kimi azalıb.
Digər tərəfdən, cari ilin oktyabrın 1-nə bankın aktivləri ilin əvvəli ilə müqayisədə 18.9% və ya 151 milyon 367 min manat azalaraq 647 milyon 971 min manata enib. Aktivlərinin likvid dəyəri isə bəlli deyil.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR