Naxçıvan Dövlət Statistika Komitəsi muxtar respublika üzrə əsas kapitala yönələn vəsaitin həcmini açıqlayıb.
"APA-Economics"in quruma istinadən verdiyi məlumata görə, bu ilin yanvar ayında vəsait qoyuluşları çərçivəsində Naxçıvan Muxtar Respublikasında bütün maliyyə mənbələrindən əsas kapitala 37,8 min manatdan çox vəsait yönəldilib.
Bu göstərici 2021-ci ilin müvafiq göstəricisindən 1,1% çoxdur. Əsas kapitala yönəldilmiş vəsaitin 35,2 mln. manatı və ya 93%-i tikinti-quraşdırma işlərinin payına düşüb.