Bank Of Baku

Naxçıvanın ÜDM-i 1,3% artıb

Naxçıvanın ÜDM-i 1,3% artıb
# 18 mart 2022 16:45 (UTC +04:00)

Bu ilin yanvar-fevral aylarında Naxçıvan Muxtar Respublikasında 379,91 mln. manatlıq ümumi daxili məhsul istehsal olunub ki, bu da 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,3% çoxdur.

Naxçıvan Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, hər bir nəfərə düşən ÜDM-in həcmi 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 2,4% artaraq 818,6 manat olub.

Muxtar respublikada yaranan ÜDM-in tərkibində ilk yeri sənaye sahəsi tutur. Sənaye üzrə dəyəri 184 mln. manatdan çox məhsul istehsal edilib ki, bu da 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,4% çoxdur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR