Bank Of Baku

Neft Emalı Zavodunun modernləşdirilməsinə ötən il 407,9 milyon manat ayrılıb

Neft Emalı Zavodunun modernləşdirilməsinə ötən il 407,9 milyon manat ayrılıb
# 27 may 2025 10:01 (UTC +04:00)

Keçən il Heydər Əliyev adına Neft Emalı Zavodunun yenidən qurulması və modernləşdirilməsi üçün xərclənən vəsait məlum olub.

APA xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin icrası barədə illik hesabat”da əksini tapıb.

Hesabatda qeyd edilib ki, 2024-cü il dövlət büdcəsindən Heydər Əliyev adına Neft Emalı Zavodunun yenidən qurulması və modernləşdirilməsi məqsədilə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin nizamnamə kapitalının artırılması üçün 407,9 milyon manat ayrılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR