Bank Of Baku

Neft Fondu “AAA” reytinqli investisiya alətlərinə üstünlük verməkdə davam edir

Neft Fondu “AAA” reytinqli investisiya alətlərinə üstünlük verməkdə davam edir
# 13 oktyabr 2023 15:18 (UTC +04:00)

Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) istiqrazlar və pul bazarı alətləri portfelinin kredit reytinqləri üzrə təsnifatında 30.09.2023 tarixinə birinci yerdə "AAA" reytinqli investisiya alətləri qərarlaşıb.

"APA-Economics"in ARDNF-nin cari ilin doqquz ayının yekunlarına dair hesabatına istinadən verdiyi məlumata görə, qeyd olunan göstərici 72,8% təşkil edib, bu da ilin əvvəlində qeydə alınan göstəricisi (31.12.2022 tarixinə - 73,7%) ilə müqayisədə 0,9 faiz bəndi azdır.

Məlumata görə, hesabat dövrünə Fondun investisiyalarının 15%-i "AA" reytinqli, 8,1%-i "A" reytinqli, 3,5%-i "BBB" reytinqli, 0,6%-i isə qeyri-investisiya dərəcəli alətlərinə yatırılıb.

Bundan başqa, yerləşdirmə müddəti üzrə təsnifata əsasən, Fondun investisiyalarının 23,1%-i 0-1 il (31.12.2022 tarixinə - 22,5%), 29,3%-i 1-3 il, 20%-i 3-5 il, 27,6%-i isə 5 ildən artıq müddətinə yerləşdirilib. Bu da o deməkdir ki, Fond yerləşdirmə tarixi daha az olan istiqrazlar və pul bazarı alətlərinə investisiyalarını artırıb.

Qeyd edək ki, hesabat dövrünə ARDNF-in cəmi investisiya portfeli 55 521,27 mln. dollara çatıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR