2023-cü il ərzində Niderland Azərbaycan iqtisadiyyatına 188 milyon 177 min ABŞ dolları investisiya yatırıb.
“APA-Economics” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu göstəricinin həcmi ötən illə müqayisədə 3 dəfə və ya 125 milyon 178 min ABŞ dolları artıb. Belə ki, 2022-ci il ərzində Niderlanddan Azərbaycan iqtisadiyyatına bir-başa investisiya qoyuluşu 63 milyon ABŞ dolları təşkil edib.
Qeyd edək ki, 2023-cü il ərzində Azərbaycan iqtisadiyyatına cəlb edilmiş birbaşa xarici investisiyaların həcmi 6 milyard 658 milyon ABŞ dollarına bərabər olub.