Bu gün Bakıda Türkiyənin Fintech Innovation Hub şirkətinin təşkilatçılığı, Azərbaycan Fintex Assosiasiyası və Türkiyə Ödəniş və Elektron Pul Təşkilatları Birliyinin tərəfdaşlığı ilə ölkədə ilk dəfə Azərbaycan-Türkiyə Fintex Forumu keçirilib.
"APA-Economics" xəbər verir ki, forumun məqsədi Azərbaycan və Türkiyə fintex ekosistemlərinin iştirakçıları arasında işgüzar əlaqələrin gücləndirilməsi, potensial əməkdaşlıq imkanlarının dəyərləndirilməsi, həmçinin iki qardaş ölkə arasında digər sahələrdə olduğu kimi innovativ maliyyə texnologiyaları sahəsində də effektiv sinerjinin yaradılmasıdır.
Fintexlərlə yanaşı yerli və xarici maliyyə institutlarının nümayəndələrinin iştirak etdiyi bu forumda hər iki ölkənin aparıcı ekspertləri fintex ekosistemlərinin cari vəziyyəti və inkişaf trendləri, yeni çağırışlar, beynəlxalq ödəniş həllərindən Buy Know Pay Later modellərinə, rəqəmsal ödəniş sistemlərindən maliyyə təhlükəsizliyinə, süni intellektdən blokçeyn texnologiyalarına qədər bir çox mövzuda çıxışlar edib və müzakirələr aparıblar.
***
10.30
Bu gün Bakıda Azərbaycan-Türkiyə Fintex Forumu işinə başlayıb.
"APA-Economics" xəbər verir ki, tədbirdə Azərbaycan Mərkəzi Bankı, Azərbaycan Fintex Assosiasiyası İctimai Birliyi (AZFİNA), Azərbaycan Banklar Assosiasiyasının (ABA) rəsmiləri, Türkiyənin Elektron pul və Ödəniş Qurumları Birliyininin İdarə Heyətinin sədri iştirak edirlər.
Forumda “Azərbaycan-Türkiyə Fintech ekosistemi” paneli , “Fintech xidmət kimi” iş modeli paneli, “Fintech üçün Banklar” paneli, “Fintech iş modelləri” Texnoloji həllər paneli, “Türkiyə və Azərbaycan ödəniş xidmətləri Qanunvericilik” Paneli, “Buy now, Pay Later” iş modeli panellərində qeyd edilən istiqamtlərdə aktual müzakirələr aparılacaq.