Bank Of Baku

Orxan Məmmədov: Sahibkarların sığorta vərdişləri arzuolunan səviyyədə deyil

Orxan Məmmədov: Sahibkarların sığorta vərdişləri arzuolunan səviyyədə deyil
# 13 dekabr 2022 14:20 (UTC +04:00)

Sahibkarlıq obyektləri müxtəlif vaxtlarda bədbəxt hadisələr nəticəsində zərərlərlə üzləşsələr də bu gün sahibkarların sığorta vərdişləri və sığortaya yanaşmaları arzuolunan səviyyədə deyil.

"APA-Economics" xəbər verir ki, bunu Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) İcraçı direktoru Elmar Mirsalayev ilə görüş zamanı Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə heyətinin sədri Orxan Məmmədov deyib.

Bildirib ki, bu boşluğun aradan qaldırılması məqsədilə sığortaçılarla sahibkarlar arasında körpünün yaradılmasına ehtiyac var.

Görüşdə tərəflər arasında ölkədə mövcud olan sahibkarlıq subyeklərinin sığorta ilə bağlı maarifləndirilməsi, sığortaya əlçatanlıqlarının artırılması üçün birgə əməkdaşlıq məqsədilə razılıq əldə olunub. Bu məqsədlə növbəti mərhələdə paytaxtda və regionlarda fəaliyyət göstərən sahibkarlarla sığortaçıların silsilə görüşlərinin təşkil olunması planlaşdırılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR