“Hesablama Palatası işğaldan azad edilmiş ərazilərdə tikinti layihələrinin pre və post auditi təcrübəsini 2025-ci ildə genişləndirəcək”.
APA xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında Hesablama Palatasının sədri Vüqar Gülməmmədov deyib.
Palata sədri 2025-ci il üçün funksional sahənin fəaliyyət istiqamətləri üzrə işləri davam etdirməklə, planlaşdırdıqları tədbirlərdən bəzilərini sadalayıb: “Belə ki, işğaldan azad edilmiş ərazilərdə tikinti layihələrinin pre və post auditi təcrübəsinin, tematik auditlərin genişləndirilməsini, nəqliyyat sahəsi üzrə auditlərin keçirilməsini və ekoloji auditlərin davam etdirilməsini planlaşdırırıq. Eyni zamanda məsafədən audit və böyük verilənlərin təhlili üzrə proqram təminatının yaradılmasını hədəfləyirik”.