"PAŞA Bank Gürcüstan"ın rəhbərliyinə yeni təyinatlar davam edəcək.
"APA-Economics" xəbər verir ki, bunu "PAŞA Bank" ASC-nin İdarə Heyətinin üzvü, Baş maliyyə inzibatçısı Murad Süleymanov bildirib.
""PAŞA Bank Gürcüstan"da pərakəndə bankçılıq üzrə rəhbər vəzifələrə yeni təyinatlar nəzərdə tutulur. Məqsəd pərakəndə bankçılığı diqqətdə saxlamaqdır. Yeni rəhbərlik ilə yeni strategiyanın ilin sonunadək hazırlanması planlaşdırılır"- M. Süleymanov əlavə edib.