"PAŞA Bank Türkiyə"nin səhmdarlarının pay bölgüsü dəyişib.
"APA-Economics" xəbər verir ki, bunu "PAŞA Bank"ın İdarə Heyətinin üzvü Murad Süleymanov deyib.
O bildirib ki, "PAŞA Bank" törəmə bankdakı payı 51%-dən 28%-ə enib. Dəyişiklikdən sonra "PAŞA Holdinq"in bankdakı payı isə 49%-dən 72%-ə yüksəlib.
Qeyd edilib ki, bankın səhmdarlarının pay bölgüsündə dəyişiklik texniki xarakter daşıyır. Belə ki, bankın törəmə banklarda payı prudensial normaların tələblərinə görə limitə yaxınlaşıb. Ona görə də, bank tərəfindən belə bir addım atılıb.