Bank Of Baku

“PAŞA Holdinq”in sığorta şirkətlərinin rəhbərləri yerdəyişmə edib

“PAŞA Holdinq”in sığorta şirkətlərinin rəhbərləri yerdəyişmə edib
# 10 iyun 2025 13:32 (UTC +04:00)

"PAŞA Həyat Sığorta" və “PAŞA Sığorta” şirkətlərinin rəhbərləri yer dəyişib.

APA-Economics”in məlumatına görə, "PAŞA Həyat Sığorta" şirkətinin İdarə Heyətinin sədri Niyaz İsmayılov "PAŞA Sığorta" ASC-nin İdarə Heyətinin sədri seçilib. "PAŞA Sığorta"nın İdarə Heyətinin sədri Ülviyyə Cabbarova isə “PAŞA Həyat”ın İH-nin sədri təyin edilib.

Məlumata görə, bununla bağlı Azərbaycan Mərkəzi Bankı tərəfindən müvafiq icazə veriləcəyi gözlənilir.

Qeyd edək ki, Niyaz İsmayılov 2017-ci ilin fevral ayından “PAŞA Həyat Sığorta” şirkətində İdarə Heyətinin sədri vəzifəsini icra edir. Ülviyyə Cabbarova isə 2008-ci ildən “PAŞA Sığorta”da fəaliyyət göstərib, 2012-ci ildə isə sığorta şirkətininin İdarə Heyətinin sədri təyin edilmişdi.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR