Bank Of Baku

"PAŞA Sığorta" avtomobil sahibləri üçün kampaniya keçirir

"PAŞA Sığorta" avtomobil sahibləri üçün kampaniya keçirir
# 03 mart 2022 11:39 (UTC +04:00)

"PAŞA Sığorta" və "GoldenPay"/"Hesab.az" şirkətləri avtomobil sahibi olan hər kəsi sevindirəcək yeni kampaniya başlayıb.

"Optimal KASKO" məhsulunu "Hesab.az" onlayn xidmətlər platforması vasitəsilə əldə edən müştərilər bu kampaniyada iştirak edib dəyərli hədiyyələr əldə edəcəklər.

Kampaniya şərtlərinə əsasən, "Hesab.az" platforması üzərindən Optimal Kasko məhsulunu əldə edən müştərilər aşağıdakı şərtlərlə "Azpetrol" yanacaq və ya "Bravo" alış-veriş kartlarını hədiyyə olaraq qazanacaqlar.

- 5 000 AZN sığorta təminatı ilə OK 500 paketini əldə edən 50 AZN;

- 10 000 AZN sığorta təminatı ilə OK 900 paketini əldə edən 100 AZN;

- 20 000 AZN sığorta təminatı ilə OK 1900 paketini əldə edən 150 AZN.

Qeyd edək ki, kampaniya 31 mart tarixinədək davam edəcək.

Kampaniya barədə ətraflı məlumat almaq üçün *7000 – Sığorta Məsləhətləri Xətti ilə əlaqə saxlamaq mümkündür. Bununla yanaşı, PAŞA Sığortanın rəsmi "Facebook" və "Instagram" sosial media hesablarına yazaraq da müraciət edə bilərsiniz.

Hazırda qeyri-həyat sığorta sektorunun lideri olan PAŞA Sığorta şirkəti 2006-cı ildən fəaliyyət göstərir. "PAŞA Holding" qrupunun üzvü olan PAŞA Sığorta 300 000-ə yaxın korporativ və fərdi müştərisinə 36 növ könüllü və icbari sığorta üzrə xidmət göstərir. "S&P Global Ratings" beynəlxalq reytinq agentliyi "PAŞA Sığorta" ASC-nin emitentin uzunmüddətli kredit reytinqini və maliyyə dayanıqlılığı reytinqini "BB", reytinq üzrə proqnozu isə "Stabil" səviyyəsində təsdiqləyib. Şirkət kapitalının, sığorta yığımlarının, sığorta ödənişlərinin həcmi və digər göstəriciləri ilə sığorta bazarının lider və ən böyük sığorta şirkətlərindəndir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR