Paşha Bank
Bank Of Baku

“PAŞA Sığorta” iki ay ərzində 31,5 milyon manatdan çox ödəniş edib

“PAŞA Sığorta” iki ay ərzində 31,5 milyon manatdan çox ödəniş edib
# 12 noyabr 2026 14:47 (UTC +04:00)

“PAŞA Sığorta” 2026-cı ilin sentyabr və oktyabr aylarında müştərilərinə ümumilikdə 31.503.421 ₼ məbləğində sığorta ödənişi həyata keçirib.

Bu barədə "APA-Economics"ə şirkətdən məlumat verilib.

Şirkət sentyabr ayında 15.737.87 ₼, oktyabr ayında isə 15.766.334 ₼ sığorta hadisələri üzrə müştərilərinin zərərini ödəyib.

İki ayın nəticələri göstərir ki, şirkətin sığorta ödənişləri hər iki ayda 15,7 milyon manat səviyyəsində olub.

Qeyd olunan ödənişlər könüllü və icbari sığorta öhdəlikləri çərçivəsində baş vermiş hadisələr üzrə müştərilərə ödənilən vəsaitləri əhatə edir.

“PAŞA Sığorta” Azərbaycanın sığorta bazarında fəaliyyət göstərən lider şirkətlərdən biri olaraq müxtəlif icbari və könüllü sığorta növləri üzrə xidmətlər təqdim edir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR