Bank Of Baku

Qaradəniz Ticarət və İnkişaf Bankı Azərbaycanda layihələrə ayırdığı maliyyənin həcmini açıqlayıb

Qaradəniz Ticarət və İnkişaf Bankı Azərbaycanda layihələrə ayırdığı maliyyənin həcmini açıqlayıb
# 18 noyabr 2026 08:44 (UTC +04:00)

Qaradəniz Ticarət və İnkişaf Bankı (BSTDB) Azərbaycanda 47 layihə üzrə ümumilikdə 457,8 milyon avro məbləğində maliyyələşdirmə sazişi imzalayıb.

“APA-Economics” xəbər verir ki, bu barədə bankın 2026-cı il oktyabrın 31-nə olan göstəricilərində bildirilir.

Məlumata əsasən, 45 əməliyyat üzrə faktiki maliyyələşdirmənin həcmi 722,8 milyon avroya çatıb. Eyni zamanda, bankın Direktorlar Şurası tərəfindən Azərbaycanda ümumi dəyəri 461 milyon avro olan layihələr təsdiqlənib.

BSTDB-nin Azərbaycandakı imzalanmış layihələr portfelinin yarıdan çoxu maliyyə sektorunun payına düşür. Bu istiqamətin ümumi portfeldə xüsusi çəkisi 50,25% təşkil edir.

Enerji sektoru 35,25%-lik payla ikinci yerdə qərarlaşıb. Daşınmaz əmlak layihələrinin payı 6,92%, zəruri istehlak malları üzrə 3,92%, dövri tələbat malları üzrə isə 3,66% olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR