Bank Of Baku

Qazaxıstan uçot dərəcəsini gözlənilmədən artırıb

Qazaxıstan uçot dərəcəsini gözlənilmədən artırıb
# 24 fevral 2022 14:02 (UTC +04:00)

Qazaxıstan Milli Bankının (QMB) pul siyasəti komitəsi uçot dərəcəsini illik 10,25%-dən 13,5%-ə qaldırılması ilə bağlı növbədənkənar qərar qəbul edib.

"APA-Economics"in xarici mətbuata istinadən verdiyi məlumatına görə, faiz dəhlizi ±1 faiz bəndi çərçivəsində müəyyən olunub. Bankın məlumatında bildirilir ki, geosiyasi vəziyyətin əhəmiyyətli dərəcədə pisləşməsi ilə xarici risklərin reallaşması fonunda qiymət sabitliyinin qorunması zərurəti bu qərara yol açıb.

QMB qeyd edir ki, tengenin məzənnəsini sərbəst üzən rejimdə saxlanılır və maliyyə sisteminin sabitliyini təmin etmək üçün həddindən artıq volatillik halında valyuta intervensiyaları həyata keçirə bilər.

Xatırladaq ki, bankın uçot dərəcəsi ilə bağlı planlaşdırılmış qərar martın 9-na təyin edilmişdi. Yanvarda Qazaxıstanda illik inflyasiya 8,5% təşkil edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR