Bank Of Baku

“Qırmızı ürəklər” qazi və şəhid ailələrini təbrik etdi! - FOTO

“Qırmızı ürəklər” qazi və şəhid ailələrini təbrik etdi! - FOTO
# 27 dekabr 2022 11:57 (UTC +04:00)

Hər zaman xeyirxah əməllər həyata keçirən, minlərlə insana maddi və mənəvi dəstək göstərən, “Qırmızı Ürəklər” (“Red Hearts”) Fondu STP şirkətlər qrupunun dəstəyi ilə 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni İl ərəfəsində şəhid və qazi ailələri üçün ənənəvi “Tarix yazan qəhrəmanlar” aksiyasını keçirib.

"APA-Economics" xəbər verir ki, aksiya çərçivəsində Qarabağ müharibəsinin 220 qazi və şəhid ailəsi ziyarət edilib və bayram hədiyyələri təqdim olunub. Sumqayıtda həyata keçirilən aksiyada “Qırmız Ürəklər”in, STP-nin və Kapital Bank-ın könüllüləri iştirak edib. “Tarix yazan qəhrəmanlar” aksiyası ötən illərdə də bayram ərəfəsində keçirilib.

“Qırmızı Ürəklər” Fondu 2019-cu ildə Kapital Bank-ın könüllü əməkdaşlarının təşəbbüsü ilə yaradılıb. Hazırda Fond kimi fəaliyyətini davam edən təşkilat, əsasən uşaq evlərinə, sığınacaqlara və digər ehtiyacı olanlara yardımlar edir. https://redhearts.az saytına daxil olmaqla fondun fəaliyyəti, gördüyü xeyirxah işlər, gələcək planları və digər maraqlı məlumatları əldə etmək, həmçinin “Cəmiyyət” bölməsinə daxil olub ianələr etmək olar.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR