Bank Of Baku

"Rabitəbank" qeyri-adi kredit kampaniyası keçirir

"Rabitəbank" qeyri-adi kredit kampaniyası keçirir
# 03 mart 2022 10:32 (UTC +04:00)

Kredit faizini özünüz seçsəydiniz, bu, hansı olardı? 12%, 13%, 14% ya 15%?

“Rabitəbank” ASC bu yaz öz planlarını gerçəkləşdirmək istəyənlərə qeyri-adi kredit kampaniyasını təklif edir. Belə ki, kampaniyaya əsasən müştəri 30 000 AZN-dək nağd pul kreditinin şərtlərini özü seçə biləcək. Kredit faizləri 12%, 13%, 14% və 15% olmaqla, müştərinin seçiminə əsasən dəyişir.

“Rabitəbank”ın təklif etdiyi kampaniya, 02.03.2022 – 15.04.22 tarixləri arasında keçərlidir. Nağd pul kreditindən faydalanmaq istəyənlər bankın istənilən filialına müraciət edə, həm də saytdan onlayn şəkildə (https://rbt.az/bahar) asanlıqla əldə edə bilərlər.

30 000 AZN-dək nağd pul kreditini həmçinin bankın digər əlaqə vasitələrindən:

- Rabita Mobile tətbiqindən;

- RabitaBot çatbotu ilə messencer və ya teleqram vasitəsilə;

- 4133 qısa nömrəsinə “Kredit” yazıb göndərərək;

- 133 Çağrı Mərkəzinə zəng etməklə əldə etmək mümkündür.

Qeyd edək ki, “Rabitəbank”ın təklif etdiyi kampaniyadan yararlanan bütün müştərilərə “Yaşıl Kartmane Kredit” kartı (“Visa Rewards”/“MC World”) birillik hədiyyə veriləcək.

“Rabitəbank” ASC, Azərbaycanın 16 regionu və Bakı şəhərində 27 xidmət məntəqəsi və 74 ATM-i, “Rabita Mobile” tətbiqi, İnternet Bankçılıq platforması və “RabitaBot” çatbotu, 133 nömrəli Çağrı Mərkəzi ilə müştərilərin xidmətindədir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR