“Rabitəbank”ın səhmdarlarının pay bölgüsü dəyişib

“Rabitəbank”ın səhmdarlarının pay bölgüsü dəyişib
# 11 iyun 2025 18:24 (UTC +04:00)

“Rabitəbank” ASC-nin səhmdarından biri olan Seyran Nuriyev Əlibaba oğlunun 14 milyon 807 min manatlıq və ya 14,51%-lik payı bankın digər ikinci ən böyük səhmdarı Validə Abbasova Maarif qızına ötürülüb.

"APA-Economics" bu barədə banka istinadən xəbər verir.

Bununla da, Validə Abbasovanın bankın ümumi nizamnamə kapitalındakı 20,13%-ik payı 34,64%-ə yüksəlib.

Bankın səhmlərinin əsas hissəsi -40.6 faizi Rauf Əliyevə, qalan 14.44 faizi Zakir Nuriyeva (Müşahidə Şurasının sədri), 9,11%-i Dilarə Nuriyevaya, 1.07 faizi Aslan Xasıyeva və qalan 0.14 faizi digər şəxslərə məxsusdur.

Xatırladaq ki, “Rabitəbank” ASC 102.05 milyon manat nizamnamə kapitalı var. Hazırda bankın səhmdarları Rauf Əliyev (40,60%), Validə Abasova (34,64%), Zakir Nuriyev(14,44%), Dilarə Nuriyeva (9,11%), Aslan Xasıyev (1,07%) və digərləridir (0,14%).

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR