Milli Məclisdə Rəqabət Məcəlləsi qəbul ediləcəyi təqdirdə, 2024-cü il iyulun 1-dən qüvvəyə minəcək.
APA-nın xəbərinə görə, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında üçüncü oxunuşda müzakirəyə çıxarılan Rəqabət Məcəlləsinə təklif edilən düzəlişlərdə əksini tapıb.