Bu gün Rusiya rublunun Azərbaycan manatına qarşı rəsmi məzənnəsi 0,0194 manata (1 manat/51,55 rubl) təşkil edib ki, bu da 2016-cı ilin yanvarın 22-dən bəri qeydə alınan ən aşağı göstəricidir.
"APA-Economics" xəbər verir ki, rublun ABŞ dolları qarşısında, Rusiyanın Ukrayna ərazisindəki "Donetsk Xalq Respublikası"da açıqladığı hərbi əməliyyat fonunda yeni eniş yaşayıb. Moskva birjasında səhər 8:00-da dolların məzənnəsi 84,07 rubla çatıb. Daha sonra rublun məzənnəsi Moskva birjasının müəyyən etdiyi həddə düşdüyü üçün ticarət dayandırılıb.
Manatın ABŞ dollarına qarşı məzənnəsinin 1 dollar/1,7 manat səviyyəsində olan sərt bağlılığını nəzərə alaraq, rublun dollar qarşısında dəyərsizləşməsi AZN-RUB cütlüyündə də rublu kəskin endirib.
Bundan əvvəl "Bloomberg" rublun dünyanın ən volatil valyutasına çevrildiyini yazıb.