Mövcud şəraitdə sosial öhdəlikləri yerinə yetirmək üçün Rusiyanın dövlət büdcəsində resurslar mövcuddur.
APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Rusiya Maliyyə Nazirliyinin açıqlamasında deyilir.
"Dövlət bütün sosial öhdəlikləri tam yerinə yetirəcək. Zəruri hallarda bankların kapitallaşmasının artırılması üçün tədbirlər görüləcək. Daha böyük kapital amnistiyası ilə bağlı təklif hazırlanıb", - deyə açıqlamada qeyd olunub.