Bank Of Baku

Rusiya Mərkəzi Bankı valyuta intervensiyalarını həyata keçirməyə hazırdır

Rusiya Mərkəzi Bankı valyuta intervensiyalarını həyata keçirməyə hazırdır
# 06 iyul 2023 12:44 (UTC +04:00)

Rusiya Mərkəzi Bankı valyuta intervensiyalarını həyata keçirməyə hazırdır.

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya Mərkəzi Bankının rəhbəri Elvira Nabiullina bildirib.

Onun sözlərinə görə, valyuta intervensiyasının həyata keçirilməsi yalnız maliyyə sabitliyi riskləri zamanı mümkündür: "İndi belə risklər yoxdur", deyə Rusiyanın baş bankiri vurğulayıb.

Qeyd edək ki, Rusiya rublu son iki ayda xarici valyutaya nisbətdə dəyər itirməyə davam edir. Bu gün Moskva birjasında 1 ABŞ dollarının məzənnəsi 93 rublu, 1 avronun məzənnəsi isə 102 rublu ötüb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR