Rusiyada dollar və digər xarici valyutalar rubl qarşısında bahalaşıb.
"APA-Economics" xəbər verir ki, Moskva birjasında ticarət zamanı dolların məzənnəsi 2022-ci ilin mart ayından bəri ilk dəfə 92 rublu ötüb və 92,73 səviyyəsinə yüksəlib. Avronun məzənnəsi isə ötən ildən bəri ilk dəfə 100 rublu üstələyərək 100,31 səviyyəsinə kimi artıb.
Qeyd edək ki, rubl Azərbaycan manatı qarşısında da ucuzlaşmaqda davam edir. Azərbaycan Mərkəzi Bankının iyulun 6-da açıqladığı məzənnəyə əsasən 1 rubl 0.0185 manata (1,85 qəpik) qədər enib.