Bank Of Baku

Rusiyada rublun xarici valyutaya nisbətdə ucuzlaşması davam edir

Rusiyada rublun xarici valyutaya nisbətdə ucuzlaşması davam edir
# 06 iyul 2023 11:43 (UTC +04:00)

Rusiyada rublun xarici valyutaya nisbətdə ucuzlaşması davam edir.

APA-nın Rusiya bürosu xəbər verir ki, bu gün Moskva birjasında 1 ABŞ dollarının məzənnəsi 93 rublu, 1 avronun məzənnəsi isə 102 rublu ötüb.

Qeyd edək ki, sonuncu dəfə bu göstərici 2022-ci ilin martında qeydə alınıb.

Rusiya Mərkəzi Bankının sədri Elvira Nabiullina rublun hazırda xarici ticarət dinamikasının təsiri altında zəiflədiyini söyləyib. Onun sözlərinə görə, Mərkəzi Bank mövcud pul siyasətini, o cümlədən üzən məzənnə siyasətini effektiv hesab edir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR