Bank Of Baku

Rusiyada valyuta alışı üzrə komissiya 12%-ə endirilib

Rusiyada valyuta alışı üzrə komissiya 12%-ə endirilib
# 04 mart 2022 10:20 (UTC +04:00)

Rusiya Mərkəzi Bankı (Rusiya Bankı) martın 4-dən etibarən vətəndaşlardan (fiziki şəxslər) birjada dollar, avro və funt sterlinq aldıqda tutulacaq komissiyanı 30%-dən 12%-ə endirib.

"APA-Economics"in Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya Bankının açıqlamasında deyilir.

"Rusiya Bankı vəziyyəti əlavə təhlil edərək, bazarda rəqabət şəraitini bərabərləşdirmək və maliyyə sabitliyini qorumaq üçün 4 mart 2022-ci il tarixindən etibarən fiziki şəxslər üçün brokerlər vasitəsilə xarici valyutanın alınması üzrə əməliyyatlar üzrə komissiyanı 30%-dən 12%-ə endirir, hüquqi şəxslər üçün əməliyyat məbləğinin 12%-i səviyyəsində komissiya müəyyən edib", - məlumatda deyilir.

Xatırladaq ki, bundan əvvəl Rusiya Bankının tapşırığına əsasən, 3 mart saat 09:00-dan etibarən brokerlər fiziki şəxslərin xarici valyutanın (ABŞ dolları, avro və funt sterlinq) alınması üzrə əməliyyatlarını yerinə yetirərkən əməliyyat məbləğinin ən azı 30%-i həcmində komissiya tutmalı idi.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR