Azərbaycanda 30-dan artıq Fintex təşkilatı var. Ödəniş Sistemləri haqqında qanun qüvvəyə mindikdən sonra, 6 ay ərzində Fintexlərin lisenziyalaşması prosesi davam edəcək.
"APA-Economics" xəbər verir ki, bunu Azərbaycan Fintex Assosiasiyası İctimai Birliyinin (AZFİNA) idarə heyətinin sədri Ruslan Talıbov bu gün Bakıda keçirilən Azərbaycan-Türkiyə Fintex Forumunda deyib.
O bildirib ki, güclü Fintexlərin lisenziya almasında problem olmayacaq.