Sahibkarlığın İnkişafı Fonduna 1 dekabr 2022-ci il tarixinədək mövcud kreditlər üzrə faizlərin subsidiyalaşdırılması çərçivəsində 6 min 333 müraciət daxil olub.
“APA-Economics” xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov paylaşım edib.
“Bunlardan 5 min 47-si üzrə subsidiyanın verilməsi barədə müsbət qərar qəbul edilib. Təsdiqlənmiş subsidiyanın məbləği 71,4 milyon manat təşkil edir və bunun da 67,9 milyon manatı sahibkarlara ödənilib”, - deyə paylaşımda bildirilir.