Bank Of Baku

Samir Şərifov: Neft-qaz sahəsində gəlirlərimiz 750 milyon manat azalacaq

Samir Şərifov: Neft-qaz sahəsində gəlirlərimiz 750 milyon manat azalacaq
# 18 noyabr 2024 14:27 (UTC +04:00)

“Neft-qaz sahəsində gəlirlərimiz 750 milyon manat azalacaq”.

APA xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı maliyyə naziri Samir Şərifov deyib.

Samir Şərifov bildirib ki, neft-qaz sektorunda gəlirlərimiz azalıb: "2025-ci ildə nəzərdə tutulan qiymət proqnozları əsasında gəlirlərimiz neft-qaz sektorunda 750 milyon manat məbləğində azalacaq. Bu, 2023-cü illə müqayisədə daha təsirli rəqəmdir. Söhbət 2,5 milyard manatdan artıq məbləğdən gedir. Şübhəsiz ki, bunun bir sıra səbəblər var. Gəlirlərin azalması neft yataqlarının tükənməsi ilə əlaqədardır: “Çünki illərlə onlar istismar olunmaqdadır”.

Nazir deyib ki, bununla əlaqədar hökumət digər addımlar atmaqdadır: “Qeyri-neft sektorunda müsbət dəyişikliklər baş verməkdədir. Biz istədiyimiz həcmə nail olmamışıq. Qeyri-neft sektorundan 960 milyon manat daxilolamalarımız var. Neft Fondunun transfertini bütün bu gəlirlərdən çıxdığımız təqdirdə gəlirlərimiz ötən illə müqayisədə 200 milyondan çox artıb”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR