Bank Of Baku

Sanksiyalara görə bəzi Rusiya banklarının kartları xaricdə işləməyəcək

Sanksiyalara görə bəzi Rusiya banklarının kartları xaricdə işləməyəcək
# 25 fevral 2022 15:44 (UTC +04:00)

Yeni sanksiya siyahısına daxil edilmiş Rusiya banklarının müştəriləri kartlarından xaricdə istifadə edə bilməyəcək.

"APA-Economics" xəbər verir ki, bu barədə Rusiya Mərkəzi Bankı (Rusiya Bankı) məlumat yayıb.

Sözügedən bankların müştəriləri həmçinin, sanksiyaları dəstəkləyən ölkələrdə qeydiyyatdan keçmiş mağazalarda onlayn ödəniş edə bilməyəcək. Mərkəzi Bankın məlumatında bildirilir ki, buna baxmayaraq, kartlar Rusiya ərazisində məhdudiyyətsiz işləməyə davam edəcək.

Qeyd edək ki, Ukrayna böhranı ilə əlaqədar fevralın 24-də ABŞ Rusiyanın ən böyük maliyyə institutu olan "Sberbank"ın ABŞ maliyyə sistemi ilə əlaqəsini kəsmək üçün sanksiyalar tətbiq edib. Bundan əlavə, tam bloklama sanksiyaları "Bank Otkrıtiye", "Sovcombank", "Novikombank" və "VTB Bank"a qarşı tətbiq olunub. "Alfa-Bank", "Qazprombank" və "Rosselxozbank" da yeni sanksiyalarla üzləşib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR