Bank Of Baku

"Sberbank" Avropanı tərk edir

"Sberbank" Avropanı tərk edir
# 02 mart 2022 11:54 (UTC +04:00)

Rusiyanın ən böyük dövlət bankı "Sberbank" mövcud şəraitə görə Avropa bazarını tərk etmək qərarına gəlib.

"APA-Economics" xəbər verir ki, bu barədə bank məlumat yayıb.

Məlumata görə, qrupun törəmə bankları anormal pul axını və işçilərin və filialların təhlükə ilə üzləşdiyinə, həmçinin Avropadakı törəmələrini likvidliklə təmin edə bilməyəcəyinə görə bazarı tərk edir.

Lakin bankın yaydığı məlumatda deyilir ki, "Sberbank"ın törəmə müəssisələri yüksək səviyyəli kapital və aktiv keyfiyyətinə malikdir və müştərilərin əmanətləri yerli qanunvericiliyə uyğun olaraq sığortalanıb.

Qeyd edək ki, "Sberbank"dan başqa Rusiyanın VTB, "Sovkombank", "Novikombank", "Otkrıtiye", "Qazprombank", "Rosselxozbank", "Alfa-Bank", "Moskva Kredit Bankı", "Promsvyazbank" və VEB.RF də sanksiyalara məruz qalıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR