Bank Of Baku

Şöbə rəisi: Kart fırıldaqçılığı hallarının tam məhdudlaşdırılması mümkün deyil

Şöbə rəisi: Kart fırıldaqçılığı hallarının tam məhdudlaşdırılması mümkün deyil
# 06 sentyabr 2023 11:58 (UTC +04:00)

Dünyanın heç bir ölkəsində kart fırıldaqçılığı hallarının tam məhdudlaşdırılması mümkün deyil. Fırıldaqçılıqla məşğul olan şəxslər yetərincə ağıllı, zəkalı insanlardır və müəyyən boşluqlardan istifadə edərək daim yeni yollardan istifadə edirlər.

"APA-Economics" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Mərkəzi Bankının Ödəniş sistemləri və hesablaşmalar departamentinin milli ödəniş sistemlərinin inkişafı və nəzarəti şöbəsinin rəisi Ramil Mahmudov deyib.

"Bizim əsas məqsədimiz bir addım öndə olmaq və baş verə biləcək halların qarşısını almaq üçün əhalini maarifləndirməkdir. Ödəniş sistemləri ilə bağlı qəbul olunan yeni qanunvericilik bankların və maliyyə qurumlarının üzərinə yeni öhdəliklər qoyub. Bununla paralel olaraq Mərkəzi Bank və Banklar Assosiasiyası ilə birlikdə böyük maarifləndirmə kampaniyası üçün işlər aparılır", - Ramil Mahmudov əlavə edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR