Bank Of Baku

Sosial sığorta haqları üzrə daxilolmalar 14% artıb

Sosial sığorta haqları üzrə daxilolmalar 14% artıb
# 10 oktyabr 2023 11:15 (UTC +04:00)

2023-cü ilin yanvar-sentyabr ayları ərzində məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 3,7 milyard manatdan çox olub.

APA-Economics” Dövlət Vergi Xidmətinə (DVX) istinadən xəbər verir ki, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 14% və ya 462,4 milyon manat artıb.

Qeyd edək ki, qeyri-büdcə təşkilatları üzrə daxilolmalar ötən ilin eyni dövrü ilə müqayisədə 14,8% artaraq 2,4 milyard manat təşkil edib. İşsizlikdən sığorta haqları üzrə daxilolmalar ötən ilin müvafiq dövrünə nisbətən 15,1% artıb və 132,8 milyon manat olub. Öz növbəsində qeyri-büdcə təşkilatları üzrə daxilolmalar da 15,1% artaraq 98,2 milyon manata çatıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR