Bank Of Baku

S&P Belarusun reytinqini endirib

S&P Belarusun reytinqini endirib
# 05 mart 2022 12:26 (UTC +04:00)

"S&P Global Ratings" (S&P) beynəlxalq kredit reytinq agentliyi Belarusun suveren reytinqini "B" səviyyəsindən "CCC"-yə endirib və reytinqin daha da pisləşdirilməsi ehtimalı ilə ölkəni "CreditWatch" siyahısına əlavə edib.

"APA-Economics"in agentliyə istinadən verdiyi məlumata görə, Rusiyanın Ukraynaya hərbi müdaxiləsi ilə əlaqədar Belarusa qarşı tətbiq edilən beynəlxalq sanksiyaların daha da sərtləşdirilməsinin gözləntiləri fonunda sözügedən sanksiyaların Belarus iqtisadiyyatına ciddi ziyan vuracağı və maliyyə sabitliyi üçün risk yaradacağı güman edilir.

S&P qeyd edir ki, Rusiyanın Belarusa dəstəyi ölkəni kredit reytinqinin səviyyəsinin saxlanılmasında əsas faktorlardan biri olub. Lakin Rusiyanın maliyyə bazarının qeyri-sabitliyinin miqyası və ona olan təzyiqlər səbəbindən bu dəstək sual altına düşür və agentliyin fikrincə, bu, Belarusun kommersiya borcuna xidmət göstərmək qabiliyyətinə birbaşa mənfi təsir göstərə bilər.

Kredit reytinqi şirkəti proqnozlaşdırır ki, əgər yaxın 12 ay ərzində ölkədə gözlənilməz müsbət inkişaf müşahidə olunmazsa, Belarusun defolt etmək ehtimalı var.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR