Bank Of Baku

“S&P Global Ratings” Azərbaycanın bank sektoru üzrə proqnozunu açıqlayıb

“S&P Global Ratings” Azərbaycanın bank sektoru üzrə proqnozunu açıqlayıb
# 17 noyabr 2022 11:03 (UTC +04:00)

"2022-ci ildə Azərbaycanda sərfəli karbohidrogen qiymətlərinin iqtisadiyyata dəstəyi ilə problemli kreditlərin sabitləşməsini və bankların gəlirliliyinin yüksələcəyini gözləyirik".

"APA-Economics" xəbər verir ki, bu barədə “S&P Global Ratings” beynəlxalq reytinq agentliyinin hesabatında bildirilib.

Agentliyə görə, bank sektorunda problemli kreditlərin həcmi bu ilin ortasında müəyyən edilən 3,5%-dən bir qədər çox, 4,5% civarında olacaq. 2023-cü il üzrə isə problemli kreditlərin 4%-ə enəcəyi proqnozlaşdırılıb.

“S&P" bu il üçün Azərbaycanda bank kreditləşməsini 15%, 2023-cü il üzrə isə 13% artacağını müəyyən edib. Agentlik həmçinin bank aktivlərinin gəlirliliyini (RoAA) bu il üçün 1,5%, 2023-cü il üçün 1,2% proqnozlaşdırıb. Reytinq agentliyi 2021-ci ildə bankların aktivləri üzrə gəlirliyini 1,7% təsdiqləmişdi.

Bundan əlavə, “S&P" 2022-2023-cü illərdə kredit itkilərinin tarixi tsiklik səviyyələrdən olduqca aşağı ortalama kredit portfelinin 0,5-1 %-i daxilində qalacağını proqnozlaşdırıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR