"S&P Global Ratings" agentliyi Azərbaycan Sahibkarlığın İnkişafı Fonduna (SİF) "BB-/B" uzun və qısamüddətli emitent kredit reytinqlərini verib.
"APA-Economics" bu barədə reytinq agentliyinə istinadən xəbər verir. Bildirilib ki, SİF-lə bağlı proqnoz stabildir.
"Stabil proqnoz Azərbaycanı əks etdirir və “Azerbaijan Investment Co” ilə əməliyyat birləşməsindən gözləntilərimizi əks etdirir. SİF-in kredit profilinə əhəmiyyətli dərəcədə müsbət və ya mənfi təsir göstərməyəcək. Biz inanırıq ki, onun hökumətlə sıx əlaqələri var və kiçik biznesin inkişafının dəstəklənməsində dövlət siyasətinin rolu ehtiyac olduqda Azərbaycan hökumətindən vaxtında və kifayət qədər dəstək (BB+/Stabil/B) alma ehtimalı orta dərəcədə yüksəkdir",- deyə agentliyin şərhində bildirilib.