Bank Of Baku

S&P Rusiyanın kredit reytinqini bir qədər də endirib

S&P Rusiyanın kredit reytinqini bir qədər də endirib
# 18 mart 2022 10:26 (UTC +04:00)

"S&P Global Ratings" (S&P) beynəlxalq reytinq agentliyi Rusiyanın xarici və yerli valyutada uzunmüddətli suveren kredit reytinqini "CCC-"dən "CC"yə endirib.

"APA-Economics"in S&P-yə istinadən verdiyi məlumata görə, reytinqlər "CreditWatch" siyahısına mənfi proqnozla daxil edilib.

"Əgər vəsait investorlara əlçatan deyilsə və ya ödəniş öhdəliyin şərtlərinə uyğun olmayan valyutada həyata keçirilirsə, biz investorun alternativ ödənişə razı olmadığını hesab edirik. Bunu defolt hesab edə bilərik", - deyə S&P bildirir.

Xatırladaq ki, bundan əvvəl agentlik Rusiyanın xarici valyutada uzunmüddətli suveren kredit reytinqini "BB+"dan "CCC-"yə, yerli valyutada isə eyni reytinqi isə "BBB-"dan "CCC-"yə endirmişdi.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR