Bank Of Baku

Sumqayıtda daha 206 mənzil satmaq öhdəliyi ilə kirayə verilir

Sumqayıtda daha 206 mənzil satmaq öhdəliyi ilə kirayə verilir
# 15 iyul 2025 15:22 (UTC +04:00)

Sumqayıt şəhərində 206 tam təmirli mənzil satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində vətəndaşlara təqdim edilir.

"APA-Economics" bu barədə İpoteka və Kredit Zəmanət Fonduna (Fond) istinadən xəbər verir.

Məlumata görə, yaşayış sahəsi Sumqayıt şəhəri, Sülh prospekti, Üst trikotaj fabrikinin cənubu, 3-cü məhəllədə inşa olunan yaşayış kompleksində 1, 2 və 3 otaqlı olmaqla, aylıq ödənişləri 347,16 manatdan başlayır.
Yeni mənzillər seçim üçün 22.07.2025-ci il tarixində saat 15:00-dan etibarən açıq olacaq.

Müraciətlərin qəbulu və mənzil seçimi Elektron Hökumət Portalına (e-gov.az) inteqrasiya edilmiş Elektron İpoteka və Kredit Zəmanət sistemi üzərindən həyata keçirilir.

Qeyd edək ki, indiyə qədər satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində 7285 kirayə müqaviləsi bağlanılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR