Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov sentyabrın 8-də audit şirkətlərinin rəhbərləri ilə görüşüb.
"APA-Economics" xəbər verir ki, bu barədə AMB sədri özünün "Twitter" hesabında bildirilib.
"Görüşdə ölkədə maliyyə bazarlarının inkişafı, daxili investisiya mühitinin daha da sağlamlaşdırılması istiqamətində Mərkəzi Bank tərəfindən görülən tədbirlər müzakirə edilib" - deyə Taleh Kazımov əlavə edib.