Dünya neft qiymətlərinin yüksək olmasını və qeyri-neft ixracının artmasını nəzərə alsaq, Azərbaycanın cari əməliyyatlar balansı profisitlidir.
"APA-Economics" xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov deyib. O bildirib ki, bu da öz növbəsində ölkənin strateji valyuta ehtiyatlarına təsir edib.
"Ölkənin strateji valyuta ehtiyatları bu ilin avqust ayında 14,9% artaraq 67,5 milyard ABŞ dollarına çatıb"- AMB sədri əlavə edib.
YENİLƏNİB'>