Bank Of Baku

Taxıl şirkəti ötən il 100 min manata yaxın zərərlə üzləşib - Hesabat

Taxıl şirkəti ötən il 100 min manata yaxın zərərlə üzləşib - Hesabat
# 06 iyul 2023 11:56 (UTC +04:00)

“Salyan Taxıl” ASC 2022-ci il üzrə maliyyə hesabatlarını açıqlayıb.

APA-Economics” şirkətin maliyyə hesabatlarına istinadən xəbər verir ki, 2022-ci ildə “Salyan Taxıl” ASC 99.8 min manat zərər edib. 2021-ci ildə şirkət 132.5 min manat xalis zərər açıqlamışdı.

Hesabat dövründə şirkətin ümumi gəlirləri əvvəlki illə müqayisədə 6.5 dəfə artaraq 55.8 min manata, əməliyyat xərcləri isə 2.2 dəfə artaraq 26.6 min manata yüksəlib. Bu dövrdə 29.2 min manat ümumi mənfəət əldə edən şirkətin, cəmi digər əməliyyat xərcləri 129 min manat olub. Beləliklə taxıl şirkəti ötən ili 99.8 min manat zərərlə başa vurub.

2022-ci ildə “Salyan Taxıl” ASC-nin cəmi aktivləri 0.2% artaraq 4 milyon 800.6 min manata, cəmi öhdəlikləri isə 1.5% artaraq 773.8 min manata bərabər olub.

2023-cu il yanvar ayının 1-nə şirkətin cəmi kapitalı 4 milyon 26,7 min manat təşkil edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR