Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın tədiyyə balansının ümumi qalığı 3,1 dəfə artaraq 7,6 milyard ABŞ dolları təşkil edib.
"APA-Economics" Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, ümumi qalıq ölkənin cari əməliyyatlar balansındakı 17,7 milyard dollarlıq qalıq (1 il əvvələ nisbətən 4,5 dəfə çox), kapital hesabındakı 2 milyon dollarlıq qalıq (1 il bundan əvvəl kəsir olub), maliyyə hesabındakı 9 ,6 milyard dollarlıq kəsir (6,6 dəfə çox), balanslaşdırıcı maddələr üzrə 510,9 milyon dollarlıq kəsir (12,7 dəfə çox) hesabına formalaşıb.