Bank Of Baku

Türkiyə lirəsi dollar qarşısında tarixi minimumunu yeniləyib

Türkiyə lirəsi dollar qarşısında tarixi minimumunu yeniləyib
# 09 oktyabr 2023 10:58 (UTC +04:00)

Türkiyə lirəsi dollar qarşısında tarixi minimumunu yeniləyib.

"APA-Economics"in məlumatına görə, oktyabrın 9-da birjalarda Dollar/Türkiyə lirəsi məzənnəsi 28,09 səviyyəsini test edib, hazırda isə 27,69 səviyyəsində ticarət edilir. Başqa sözlə, dollar bu gün TL qarşısında 0,31% bahalaşıb.

Türkiyə Mərkəzi Bankı dolların bugünkü məzənnəsini alış üzrə 27.55 TL, satış üzrə 27.60 TL müəyyən edib. Azərbaycanda isə Azərbaycan Mərkəzi Bankının oktyabrın 9-da açıqladığı məzənnəyə əsasən, 1 TL 0,0616 manata ticarət edilir.

Qeyd edək ki, Türkiyə Maliyyə Nazirliyi daha əvvəl bəyan edib ki, onlar məzənnə ilə bağlı hədəflər təyin etmirlər, lirə sərbəst şəkildə üzmək üçün buraxılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR