Türkiyədə inflyasiya azalmağa başlayıb

Türkiyədə inflyasiya azalmağa başlayıb
# 05 dekabr 2022 12:07 (UTC +04:00)

Türkiyədə son on səkkiz ayda ilk dəfə inflyasiya azalmağa başlayıb.

"APA-Economics" Türkiyə Statistika Təşkilatına (TÜİK) istinadən xəbər verir ki, istehlak qiymətləri indeksi (inflyasiya göstəricisi) ötən ilin eyni dövrünə nisbətən bu ilin noyabr ayında 84,39%-ə enib. Qeyd edək ki, yanvar-oktyabr ayları üzrə bu göstərici 85,51%-ə yüksəlmişdi. Noyabr ayında qiymətlər oktyabr ayına nisbətən 2,88% artıb.

Qeyd edək ki, Türkiyədə inflyasiyada ötən ilin may ayından artmağa başlayıb. Kəskin artım isə 2021-ci ilin noyabr ayından qeydə alınıb və 21,31%-dən 85,51%-ə kimi yüksəlib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR