Bank Of Baku

Türkiyədə inflyasiya növbəti dəfə azalıb

Türkiyədə inflyasiya növbəti dəfə azalıb
# 05 iyul 2023 11:41 (UTC +04:00)

Türkiyədə illik inflyasiya ardıcıl yeddi aydır ki, azalmaqda davam edir.

"APA-Economics" Türkiyə Statistika Təşkilatına (TÜİK) istinadən xəbər verir ki, iyun ayında inflyasiya 38,21%-ə kimi azalıb. Ötən ay bu rəqəm 39,59% təşkil etmişdi.

Qeyd edək ki, iyun ayında istehlak qiymətləri indeksi əvvəlki aya görə 3,92%, 2022-ci ilin dekabr ayına görə isə 19,77%-ə kimi azalıb.

Xatırladaq ki, Türkiyədə inflyasiya ötən ilin oktyabrında son 24 ilin ən yüksək səviyyəsinə - 85,5%-ə çatmışdı, 2022-ci ilin sonundan etibarən isə tədricən azalmağa başlayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR