Bank Of Baku

Türkiyədən Azərbaycana pul köçürmələrinin həcmi kəskin artıb

Türkiyədən Azərbaycana pul köçürmələrinin həcmi kəskin artıb
# 17 mart 2022 13:33 (UTC +04:00)

2021-ci ildə fiziki şəxslər tərəfindən Türkiyədən Azərbaycana həyata keçirilən pul köçürmələrinin həcmi 107,767 mln. ABŞ dolları təşkil edib.

"APA-Economics"in Azərbaycan Mərkəzi Bankının məlumatları əsasında apardığı hesablamalarına görə, bu, 2020-ci illə müqayisədə 41,1% çoxdur.

2021-ci ildə fiziki şəxslər tərəfindən Azərbaycandan Türkiyəyə göndərilən pul transfertlərinin həcmi isə 181,483 mln. dollar təşkil edib ki, bu da əvvəlki illə müqayisədə 54,5% çoxdur.

Qeyd edək ki, Türkiyədən Azərbaycana göndərilən transfertlərinin ölkəyə ötən il daxil olmuş pul baratlarının 9,5%-ni təşkil edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR