Ukrayna Milli Bankı müştərilərə xarici valyuta satışı istisna olmaqla, ölkənin valyuta bazarının işini dayandırıb.
"APA-Economics"in məlumatına görə, bu barədə Ukrayna Milli Bankının "Facebook" səhifəsində deyilir.
"Müştərilərə xarici valyutanın satışı üzrə əməliyyatlar istisna olmaqla, Ukraynanın valyuta bazarının fəaliyyəti dayandırılıb", - requlyatorun amıqlamasında deyilir.