Bu gün Bakı Fond Birjasında (BFB) “Unibank Kommersiya Bankı”nın istiqrazları üzrə hərrac keçirilib.
Bu barədə "APA-Economics"ə BFB-dən bildirilib. Məlumata görə, 6,8 milyon manat həcmində, adi adlı sənədsiz səhmlərin abunə yazılışı zamanı anderrayterə 7 investor tərəfindən 2,72 manat qiymətindən 7 sifariş təqdim edilib. Səhmlər tam həcmdə yerləşdirilib.
Yerləşdirmə üzrə anderrayter “Unicapital İnvestisiya Şirkəti” ASC-dir.