Bank Of Baku

“Unicapital İnvestisiya Şirkəti” Azərbaycanın kapital bazarında rekord nəticə əldə edib - FOTO

“Unicapital İnvestisiya Şirkəti” Azərbaycanın kapital bazarında rekord nəticə əldə edib - FOTO
# 07 sentyabr 2023 11:55 (UTC +04:00)

"Unibank ASC tərəfindən istiqraz buraxılışı fiziki və hüquqi şəxslər tərəfindən çox maraqla qarşılandı. Belə ki, investorların sayı baxımından korporativ AZN istiqrazları üzrə Azərbaycan kapital bazarı daxilində rekord qırmış olacağıq”.

"APA-Economics" xəbər verir ki, bunu “Unicapital İnvestisiya” şirkətinin baş direktoru Vüqar Namazov Bakı Fond Birjasında “Unibank” ASC-nin istiqrazlarının "Açılış Zəngi" mərasimində deyib.

Qeyd edək ki, “Unibank” ASC tərəfindən tədavül müddəti 12 ay (360 gün), nominal dəyəri 100 manat, illik faiz dərəcəsi 11.5%, faiz ödəniş dövrü isə hər 3 aydan (90 gün) bir təşkil edən, 20 milyon manat həcmində, faizli, təmin edilməmiş sənədsiz, adlı istiqrazları emissiya edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR